MƏHSULLAR KATALOQU
Statistika
» Hit...........1
» Onlayn....3
» Gün.........16475
» Ümumi...90449
KOLBASA ALƏMİ
Kolbasalı isti buterbrod

çörək doğranıb yağlanmış qaba yığılır. Bişirilib hisə verilmiş  “Servelat Sevimli Dad”, “Zernistaya Sevimli Dad” və ya “Yubiley” kolbasalarından biri uzunsov doğranır çörəyin üzərinə yığılır. Kolbasanın üzərinə pendir sürtgəcdən keçirilir, mayonezlə ketçup qarışdırılır, əldə edilən sous pendirin üzərindən əlavə edilir. 200 dərəcədə 5-7 dəqiqə sobada bişirilir.  

 Tarix 15. 7. 2011
Uşaqlar üçün maraqlı buterbrodlar

Əgər uşağınız yemək yeməyi xoşlamırsa onun yeməklərini müxtəlif formalarda bəzəyin. Qeyri-adi formada təqdim edəcəyiniz buterbrodlar onu yoldan çıxardacaq və özünün də xəbəri olmadan onu yeyəcək.
Qeyri-adi formalarda hazırlanmış buterbrodlar uşaqların ad günlərində də çox maraqla qarşılanır.
Uşaqlarınız üçün buterbrodların hazırlanmasında "Sevimli Dad" uşaq kolbasa və sosiskalarından çox rahatlıqla istifadə edə bilərsiniz.  

 Tarix 12. 7. 2011
Sosiska salatı

"Ful-ful Sevimli Dad " sosiskasını, pendiri, duzlu xiyarı, yaşıl sarımsağı, pomidoru, cəfərini, yumurtanı istədiyiniz kimi doğrayıb bütün ərzaqları qarışdırın. üzərinə duz, istiot, xardal, sirkə və bitki yağını əlavə edib süfrəyə verin.  
 

 Tarix 30. 6. 2011
Nostalji

Kolbasa məhsullarını təbliğ edən sovet dövrünün plakatları

 Tarix 27. 6. 2011
Kolbasalı makaron

Makaron duzlu suda qaynadılır. Bişmiş " Sevimli Dad" çeşidlərindən olan "Klassika Doktorskaya", "Klassika Lyubitelskaya", "Klassika Toyuq" və ya "Moloçnaya Sevimli Dad" nazik uzunsov doğranır, yaşıl zeytunun çəyirdəkləri çıxardılıb doğranır. Yaşıl soğanın baş hissəsi xırda-xırda doğranır, sarımsaq sürtgəcdən keçirilir. Yarım dəstə şüyüd xırda doğranır və bütün ərzaqlar soyumuş makaronun üzərinə tökülüb qarışdırlır. 1-2 saat soyuducuda saxlandıqdan sonra süfrəyə verilir.

 Tarix 3. 6. 2011
Yaxşı sosiska

Yaxşı sosiska necə olmalıdır?
• Səthi və kəsikdə görünüşü açıq çəhrayı rəngdə olmalıdır;
• Barmaqla üzərinə basdıqda elastik olmalıdır – yəni barmağın izi qalmamalıdır;
• Bükdükdə asan qırılmamalıdır – elastik olmalıdır;
• Kəsdikdə bıcağa yapışmamalıdır;
• Kəskin iyli olmamalıdır

 

 Tarix 3. 6. 2011
Yaxşı kolbasa

Yaxşı kolbasa necə olmalıdır?

- Rəngi açıq cəhrayıdan qırmızıyadək (növündən asılı olaraq) olmalıdır;

- Elastik və ya bərk konsistensiyalı  (növündən asılı olaraq) olmalıdır;

-  Kəsikdə görünüşü bərabər qarışdırılmış həmcins qiymə şəkilində olmalıdır;

- İçərisində hava qabarcıqları olmamalıdır; 

- Kəsdikdə bıçağa yapışmamalıdır;

 

 Tarix 3. 6. 2011
Kolbasalı salat

Bişmiş, yarım hisə verilmiş, bişirilmiş hisə verilmiş və ya çiy hisə verilmiş  "Sevimli Dad" kolbasa növlərindən hər hansı biri, alma və kələm uzunsov doğranır. Pendir və yerkökü sürtgəcdən keçirilir. Bütün ərzaqlar qarışdırılaraq, zövqə uyğun duz və bitki yağı əlavə edilir.

 Tarix 2. 6. 2011
<< 1 2 >>